Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək oktyabrın 16-da Ordubad rayonunun Tivi kəndində olmuşdur.
Briqada yüksəkixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri bu həftə istifadəyə verilən və lazımi tibbi avadanlıqlarla təchiz edilmiş həkim ambu­latoriyasında həyata keçirilmişdir.
Gün ərzində həkim ambulatoriyasında 13 stomatoloji, 21 ürək, 21 kardioloji, 22 ginekoloji, 22 göz, 39 USM, 13 laboratoriya, 22 EKQ, 13 nevroloji və 25 pediatrik müayinə aparılmışdır. Eyni zamanda kənd məktəbində həkim briqadası tərəfindən 109 məktəbli göz və pediatrik müayinələrdən keçirilmişdir. Kütləvi profilaktik tibbi müayinələrdə kənd ambu­latoriyasının həkim və orta tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambu­lator kartlar açılmışdır. Bir nəfər ağır xəstəyə evdə baxış keçirilmişdir. Kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Əhali arasında qrip, hipertoniya, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, ginekoloji, allergik, yuxarı tənəffüs yollarının xəstəlikləri barədə söhbətlər aparılmış, onların profilaktikası haqqında məlumatlar verilmişdir.

 Arzu Abdullayev