Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, endokrinoloq, oftalmoloq, stomatoloq, nevropatoloq, cərrah və laborantlardan ibarət həkim briqadası Ordubad rayonunun Xanağa kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqadanın fəaliyyəti zamanı 18 yaşadək olan əhalinin 30 nəfəri profilaktik müayinədən keçirilib. 40 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambulatoriyasının tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti