Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində, uşaq əhalisinin sağlamlığının qorunması və onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilir.
Şərur Rayon Uşaq Xəstəxanasının həkim briqadası dərin tibbi müayinələrə aprelin 13-də Şəhriyar kənd tam orta məktəbində start verib. Müayinələrdə pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq ixtisaslı həkimlər iştirak edib. Məktəbin 120 şagirdi dərin tibbi müayinələrlə əhatə olunub.
Yaz mövsümünün profilaktik tibbi müayinələri aprelin 10-dan mayın 25-dək davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti