Naxçıvan Muxtar Respublika Xəstəxanasının 11 nəfərdən ibarət həkim və tibb işçiləri Şahbuz şəhərindəki Ahıllar Evində humanitar tibbi aksiya keçirib. Gün ərzində Ahıllar Evinin 5 sakini uroloji, terapevtik, cərrahi, nevroloji, travmatoloji, oftalmoloji, endokrinoloji, LOR, fizioterapevtik, stomatoloji, laborator müayinələrlə əhatə olunub, ahıllara tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib.


* * *

Həmin gün Ahıllar Evində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xüsusi işçi qrupu tərəfindən COVID-19 xəstəliyi əleyhinə vaksinasiya aparılıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq həyata keçirilən tədbirdə Ahıllar Evunun 5 sakini, tibbi və xidməti heyətin isə 32 işçisi “Sinovac” vaksini ilə peyvəndlənib.
Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiya zamanı peyvənd olunanların səhhətində heç bir problem müşahidə olunmayıb.
89 yaşlı Mustafa Məmmədov göstərilən diqqət və qayğıya görə ahıllar adından minnətdarlığıını bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti