Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran bir sıra məsələlərə toxunulub.

Görüşdə nazirliyin aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.

İclası İctimai Şuranın sədri Rüstəm Salayev il ərzində görülən işlər barədə məlumat verib.

Sonra koronavirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov məlumat verib. O, bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işləri görülüb.

İctimai Şura üzvlərini maraqlandıran suallar aparat rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.