Akademik Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının bir qrup professor­-həkim heyəti Ordubad və Şahbuz Rayon Mərkəzi xəstəxanalarında humanitar tibbi aksiyalar keçirib.
Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 26 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Aksiyada 1480 nəfər ambulator müayinə ilə əhatə olunub.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 63 nəfər üzərində əməliyyatlar aparılıb. 3 gün davam edən aksiyada pasiyentlər müxtəlif müayinələrdən keçiblər.
Şahbuz rayonunda isə 41 nəfərin müayinə və müalicəsi həyata keçirilib. Aztəminatlı ailələrdən 42 nəfərin üzərində ümumi cərrahi əməliyyatlar aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti