Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsində vətəndaşlara göstəriləcək tibbi xidmətlərdə bayram güzəştləri ediləcək. Bu tədbirə dekabr ayının 15-dən start veriləcək və 2019-cu il yanvarın 15-də başa çatdırılacaq. Ay ərzində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində güzəştlər olunacaq.
Bu müddətdə vətəndaşlar Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilən tibbi xidmətin bütün növlərindən, o cümlədən ambulator, KT, MRT, rentgen, ultrasəs, laborator müayinələrdən yararlana bilərlər. Pasiyentlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar, həmçinin stomatoloji, cərrahi xidmətlərlə əhatə ediləcək və fizioterapiya təminatı alacaqlar.
Vətəndaşlar Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsində yaradılmış bu imkanlardan istifadə etməklə sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti