Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyalarında, o cümlədən qarşıdan gələn Aşura günü keçiriləcək qanvermə aksiyasında qanın itkisiz götürülməsi və Mərkəzi Qan Bankına göndərilməsinin təşkilinə dair treninq keçirilib.
Mərkəzi Qan Bankının müdiri Məmmədəli Həsənov bildirib ki, qarşıdan gələn növbəti Aşura günündə muxtar respublikanın bir sıra şəhər və kənd məscidlərində qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulub. Bu aksiyaların mütəşəkkil təşkili üçün həkim və orta tibb işçiləri müəyyən hazırlığa, tibbi proseslərin lazımi qaydada həyata keçirilməsinə nail olmalıdırlar.
Sonra tibb işçiləri üçün təşkil edilən treninqdə qanın götürülməsi, müxtəlifölçülü paketlərə yığılması, bağlanması, saxlanılması və müvafiq ünvana göndərilməsi qaydaları əməli şəkildə izah olunub. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə, həmçinin Mərkəzi Qan Bankı haqqında da məlumat verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti