Muxtar respublikamızda iyul ayında infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər davam etdirilib. Yenidoğulmuş uşaqların 356-sı idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb.
Gözəllik salonlarında, bərbərxanalarda, stomatoloji müəssisələrdə, oyun zallarında sanitar-gigiyenik qaydalara əməl olunması, işlədilən alətlərin sterilizasiya edilməsi, obliqat qrup kimi işçilərin tibbi müayinələrdən keçmələri, dezinfeksiya ilə bağlı müvafiq tədbirlər görülüb.
İyul ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib. 93 su, 21 yuyuntu və 1075 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 330, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 173, kommunal sahələr üzrə 95, sürücülük üzrə 3 nəfər müayinədən keçib.

Kommunal gigiyena laboratoriyasında 87 nümunədə 18, toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 6 nümunədə 27 müayinə aparılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti