Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən Culfa rayonunun Ərəzin kəndində uşaqlar kütləvi profilaktik tibbi müayinədən keçirilib.
Pediatr, stomatoloq, nevropatoloq, dermatoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 40 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. 50 nəfərədək valideynlə səhiyyə maarifi işi aparılıb, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib, uşaqların həkim məsləhətlərinə əməl etmələrinin vacibliyi tövsiyə olunub.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.
Digər kəndlərdə yaşayan uşaqların da kütləvi profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti