Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə muxtar respublikada yaşayıb-yaradan şairlərlə bu təhsil ocağının şagirdlərinin görüşü olub.
“Heydər Əliyev Naxçıvan şairlərinin yaradıcılığında” mövzusu ilə bağlı keçirilən görüşdə məktəbin direktoru Aynur Mustafayeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, şairlərdən Əbülfəz Muxtaroğlu, Həsənəli Eyvazlı və başqaları iştirak ediblər.
Görüşdə şagirdlər ulu öndər Heydər Əliyevə həsr edilən şeirləri bədii qiraət ediblər.

Xəbərlər şöbəsi