Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti kitab müzakirəsi keçirilib.

 

27 dekabr 2021-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin Kitabxana və informasiya ixtisası üzrə təhsil alan tələbəbləri ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” müzakirə edilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kəmaləddin Axundov açaraq keçirilən kitab müzakirələrinin tələbələrin bilik və bacarıqlarının artırılması və nitq qabiliyyətlərinin inkişafındakı rolundan söz açmışdır.

Sonra kitabxananın böyük metodisti Tamaraxanım Aşurlu “Azərbaycan XXI əsrin, üçüncü minilliyin ayrıcında” mövzusunda çıxış edərək ulu öndərin müstəqil Azərbaycanın inkişafındakı rolundan, Azərbaycan xalqının gələcək inkişaf planlarından söz açmış, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında gənclərin böyük rolundan danışmışdır.

Çıxışlardan sonra tədbir müzakirə formasında davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti