Naxçıvan şəhər 1 nömrəli uşaq bağçasında tərbiyəçilərin pedaqoji səriştəliliyinin artırılması və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seminar keçirilib.
Seminarda bağçanın tərbiyəçiləri Fərizə Salahlının “Bədii təfəkkürün inkişafı məşğələlərinin təşkili”, Şəfa Bağırovanın “Bədii təfəkkürün inkişafı məşğələsində yaradıcı təxəyyülün inkişafı” və Təranə Seyidovanın “Bədii təfəkkürün inkişafı məşğələlərində rabitəli nitqin inkişafı” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda uşaqların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqətdə saxlanılır, məktəbəqədər təhsilin inkişafı ilə bağlı bir sıra tədbirlər görülür, maarifləndirici seminarlar təşkil olunur.
Diskussiya şəklində keçirilən seminarda mövzular ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi