Bəhruz Kəngərli Muzeyində mayın 21-də muzeyin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli çıxış edərək Bəhruz Kəngərli yaradıcılığına göstərilən dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Bildirilib ki, 200-ə yaxın eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 1300-dən çox eksponat vardır ki, onlardan 61 ədədi rəssamın orijinal sənət əsərləridir. Muzeydə rəssamın həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, özünün və ailə üzvlərinin istifadə etdiyi şəxsi vəməişət əşyaları, yaxın qohumlarının fotoşəkilləri, rəssamın çəkdiyi əsərlərin fotosurətləri, rəssamlıq ləvazimatları, albom-katoloqlar, poçt markası və xüsusi zərflər, kitablar, qəzet-jurnal materialları, rəssamların Bəhruz Kəngərliyə həsr etdikləri ithaf əsərləri, heykəltəraşlıq nümunələri qorunub saxlanılır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, sənətşünaslıq üzrə  fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Bəhruz Kəngərli yaradıcılığının naxçıvanlı rəssamların yaradıcılığına təsiri” mövzusunda çıxış edərək bu gün də müasir dövr rəssamlarının Bəhruz Kəngərlidən bəhrələndiyini qeyd etmişdir.

“Naxçıvanda muzey işinin inkişafı” mövzusunda çıxış edən Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, sənətşünas Fizzə Quliyeva Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə muzeylərin yaradılması, inkişafı, son dövrlərdə muzeylərdə görülən işlərdənbəhs etmişdir.

Muzeyin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova Bəhruz Kəngərli Muzeyinin 20 illik fəaliyyəti haqqında məlumat vermiş, ötən illər ərzində muzeyin fondunda və ekspozisiyada görülmüş işlərdən danışmışdır.

Tədbirin sonundatədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respubliksı Mədəniyyət

Nazirliyinin mətbuat xidməti