Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin   “Təhsil və mədəniyyət  müəssisələrinin qarşılıqlı  fəaliyyətinin  səmərəli  təşkili ilə bağlı  2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan  Muxtar Respublikasının  Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film  Fondunun birgə təşkilatçılığı ilə 2021-ci il 7 may tarixində “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir.

Naxçıvan Şəhər Gənclər Mərkəzində keçirilən birincilikdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin5-9-cu sinif şagirdlərindən ibarət 8 komanda iştirak etmişdir.Kinoviktorinanın keçirilməsində  məqsəd məktəblilərin kino biliyinin yoxlanması,  milli kinonun  təbliğidir.

Yarımfinal mərhələlərində ən yüksək bal toplayan 4 komanda - Ordubad, Şərur, Sədərək və Naxçıvan şəhərindəki 7 №-li tam orta məktəbin komandasıfinalda iştirak etmək hüququ qazanmışlar.

Finalda Naxçıvan şəhər 7 №-li tam orta məktəbin komandası I, Ordubad rayon komandası  II, Şərur rayon komandası isə III yerə layiq görülmüşlər.

Sonda qalib komandalara diplomlar təqdim olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti