Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”2009-cu il 9 fevral tarixli Sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində və Naxçıvan şəhərindəənənəvi “Xalq yaradıcılığı günləri” keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci il üçün iş planına əsasən, muxtar respublikada “Xalq yaradıcılığı günləri”nin keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən 2021-ci ilə aid müvafiq qrafik təsdiq edilmişdir. Qrafikə əsasən, bu ilin aprel-oktyabr aylarından keçirilməsi nəzərdə tutulan “Xalq yaradıcılığı günləri”ndə rayon (şəhər) Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələri əməkdaşlarının, eləcə də mədəniyyət müəssisələrinin yaradıcı kollektivlərinin iştirakı iləxalq sənəti və folklor nümunələrinin, milli rəqs və mahnı sənətimizin geniş şəkildə təbliği, böyüməkdə olan gənc nəslə aşılanması məqsədilə mövcud pandemiyanın doğurduğu sosial vəziyyət nəzərə alınaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişlər aparılacaq.Xalq yaradıcılığı nümunələrinin təbliğ edildiyi videomateriallar nazirliyin “Yutub” (“YouTube”) kanalında mütəmadi nümayiş olunacaq.   

 

Məlumat üçün bildirək ki, ilk olaraq Şərur rayonunda başlanan çəkilişlər, Ordubad, Kəngərli, Sədərək,Şahbuz, Babəkrayonlarında və Naxçıvan şəhərində davam etdiriləcək. “Xalq yaradıcılığı günləri” ilə bağlı sonuncu çəkilişlər bu ilin oktyabr ayında Culfa rayonunda aparılacaq.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti