“Naxçıvan” Universiteti ilə Polşa Respublikasının Lodz Humanitar və İqtisadi Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrinin genişliyinə görə fərqlənən universitet bu əlaqələri daha da artırmaq istiqamətində növbəti addım atıb. Dünya təhsil sisteminin yaxından öyrənilməsi, xarici mütəxəssislərin yerli kadrlarla əlaqələndirilməsi, onların təcrübəsindən faydalanmaq, tələbə mübadiləsi və digər məqsədlər daşıyan bu addım həm də universitetin nüfuzunun daha da artmasına, cəmiyyətə daha peşəkar, dünyagörüşlü gənclər qazandırmağa xidmət edir.
Xatırladaq ki, 5 il müddətinə imzalanan memorandum əsasən iki müəssisə arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi fəaliyyət, beynəlxalq konfrans və tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, bu razılaşma bir çox ölkələrnin ali təhsil, elm ocaqları ilə əməkdaşlıq edən universitetin Polşa Respublikası ilə ilk müqaviləsidir.

“Naxçıvan” Universitetinin mətbuat xidməti