28 Mart 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən pandemiya ilə əlaqədar xüsusi qaydalara ciddi riayət edilməklə fevral ayında da bir sıra tədbirlər keçirilmişdir.
Ötən ayın ən əlamətdar mədəni hadisələrindən biri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın onlayn formada teatrsevərlərə nümayişi olmuşdur. Tamaşa Naxçıvan Dövlət Televiziyasında, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müvafiq ixtisasları üzrə təhsil alan tələbələri üçün 2 açıq dərs keçilmiş, 1 mühazirə oxunmuş, 1 kitab müzakirəsi təşkil edilmiş və 1 film nümayiş olunmuşdur.
Fevral ayında da muxtar respublika sakinlərinin, eləcə də Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən diyarımıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Son bir ayda muxtar respublikanın muzeylərinə 9 min 668 yerli, 260 əcnəbi olmaqla, ümumilikdə, 9 min 928 tamaşaçı ziyarəti olmuş, muzeylərə 119 yeni eksponat daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə Dövlət Bayrağı Muzeyində, Cəlil Məmmədquluzadənin anadan olmasının 152-ci ildönümü münasibətilə ədibin ev-muzeyində və Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Xatirə Muzeyində interaktiv dərslər keçilmişdir. Dərslər muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi tərəfindən izlənmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən ümumtəhsil məktəblərinin şagirdləri üçün muxtar respublikadakı muzeylərdə, ümumilikdə, 57 açıq dərs keçilmiş, 1 mühazirə oxunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Nizami və dünya ədəbiyyatı” adlı tədbir, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Yazıçılar Birliyi ilə birgə “Şərq poeziyasının günəşi Nizami Gəncəvi” mövzusunda oxucu konfransı keçirmişdir. Sərəncamın icrası ilə bağlı ay ərzində rayon (şəhər) Mərkəzləşmiş Kitabxana sistemləri də (MKS) daxil olmaqla, 14 tədbir keçirilmişdir ki, onlardan 1-i onlayn olmuşdur.
Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”ndakı kitablar da daxil olmaqla, muxtar respublikadakı kitabxanalar tərəfindən 20, klub müəssisələri əməkdaşlarının iştirakı ilə 16, gənclərin iştirakı ilə 1 olmaqla, 37 kitab müzakirəsi keçirilmiş, onlardan 16-sı onlayn formatda təşkil edilmişdir. Hesabat ayında nazirliyə tabe müəssisələrin Gənclər birlikləri üzvlərinin iştirakı ilə müxtəlif mövzularda tədbirlər keçirilmiş, bilik yarışları təşkil edilmiş, kitab müzakirələri aparılmışdır.
Fevral ayında kitabxanalarda yeni oxucu sayı 739, oxucu gəlişi 15 min 44, kitab verilişi isə 45 min 706 nüsxə olmuşdur. Bu müddət ərzində elektron kataloqa 715 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqdakı kitabların sayı 21 min 472-dən 22 min 187-yə çatdırılmışdır. Bundan başqa, şəbəkəyə 51 kitab (PDF) işlənmiş və ümumi say 3 min 255-dən 3 min 306-ya çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 275 lokal, 594 qlobal olmaqla, 869 oxucu istifadə etmişdir.
Ötən ay muxtar respublikanın teatrlarında hazırlanan tamaşaların məşqləri aparılmışdır. Həmçinin cari ilin yanvar ayında elan edilmiş “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsinə fevral ayında da materialların qəbulu davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR