20 Aprel 2024, Şənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Milli Teatr Günü münasibətilə Nəbi Xəzrinin “Burla xatın” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı onlayn formatda tamaşaçılara təqdim etmişdir.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının tanınmış şair-dramaturqlarından olan Nəbi Xəzrinin “Burla xatın” əsəri “Kitabi-Dədə Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması” boyunun motivləri əsasında yazılmışdır. Əsərdə vətənpərvərlik ruhu, düşmənə nifrət hissi və Oğuz elinin qadınlarının mübarizliyi öz əksini tapmışdır.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Səhnə əsəri Naxçıvan Dövlət Televiziyası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı olaraq yayımlanmışdır. Onlayn formatda təqdim olunan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, universitetdə Aktyorluq sənəti ixtisasının fəaliyyət göstərməsi teatr sahəsində kadr hazırlığı istiqamətində görülən işlərin ən bariz nümunəsidir. Universiteti bu ixtisas üzrə bitirən tələbələrin muxtar respublikada teatr sahəsinə verdiyi töhfələrdən, Tələbə Teatr Studiyasının uğurlu fəaliyyətindən danışan rektor deyib ki, Aktyorluq ixtisası ilə yanaşı, gələcəkdə rejissorluq fəaliyyəti istiqamətində də peşəkar mütəxəssislərin hazırlanması qarşıya bir tələb kimi qoyulub.
Tədbirdə Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistr Vəfa Qurbanzadə çıxış ediblər.
Sonra Aktyor sənəti ixtisası üzrə IV kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir hissəyə baxılıb.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR