29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Nizami” filminin nümayişi təşkil olunmuşdur.
Əvvəlcə tələbələrə məlumat verilmişdir ki, 1982-ci ildə rejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılmış film dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur. Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu maraqlı ekran əsəri insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrlə zəngindir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
Filmdə əsas rollarda Müslüm Maqomayev, Həmidə Ömərova, Həsənağa Turabov, Ələddin Abbasov, Hacımurad Yegizarov, Şahmar Ələkbərov, Hamlet Xanızadə və başqaları çəkilmişlər. “Nizami” filminin nümayişi maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR