Böyük Azərbaycan şairi və mütəfəkkir N.Gəncəvi bəşər mədəniyyətinin yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun yaratdığı “Xəmsə” Azərbaycan ədəbiyyatının gizli xəzinəsi olmaqla yanaşı bəşər mədəniyyətinin şah əsərləri sırasındadır. Özündən əvvəlki dünya ədəbi-fəlsəfi irsinin incəliklərini yaradıcılığında əks etdirən dahi şair özündən əvvəlki nəsillərin tarixi və fəlsəfi fikirlərini yaradıcılığında ümumiləşdirmiş və yaratdığı sənət xəzinəsini sönrakı nəsillərə miras qoymuşdur.

 N.Gəncəvi Azərbaycan Atabəyləri dövründə fəaliyyət göstərmiş şair-mütəfəkkirlərdən biridir. O, iki poemasını (“Xosrov və Şirin”, “İsgəndərnamə”) Azərbaycan Atabəyləri-Eldənizlər dövlətinin hökmdarlarına ithaf etmişdir. Maraq doğuran budur ki, N.Gəncəvi Atabəylərin ilk paytaxtının Naxçıvan olmasına, Atabəy Şəmsəddin Eldənizlə onun həyat yoldaşı Möminə xatunun ömrünün sonuna kimi burada yaşamasına və Naxçıvan torpağının Atabəylərin dövlətçilik tarixində mühüm yer tutmasına baxmayaraq “Xəmsə”də “Gərşəsbnamə”yə işarə edən fikirdən başqa  Naxçıvanı aydınlıqla ifadə edən məlumat verməmişdir. “Xəmsə” də Naxçıvan torpağı barədə aydın ifadəli məlumatın olmaması N.Gəncəvinin minilliklər yaşı olan bu qədim diyar barədə rəmzi ifadələrlə, işarələrlə məlumat verməsi fikrini düşünməyə əsas verir.

Maraq doğuran digər faktlardan biri də “Yeddi gözəl” poemasında “Şahnamə” və “Gərşəsbnamə”dən bəhs edən şairin öz yaradıcılığı barədə aşağıdakı fkirləri bildirməsidir:

                          “Bu yolda cəhd elə, bu yolda səy et,

                           Divlərin əlindən gəl onu gizlət.

                           Süleymandan özgə olmasın görən,

                          Məni onda ara zaman-zaman sən”

Buradan belə fikir yaranır ki, N.Gəncəvi “Xəmsə”də bəhs etdiyi hadisələrdən gizli mənalarla bəhs etmiş, əsərlərini “divlərdən qorumuş”, müəyyən bir vaxta qədər bu sirlərin açılmaması üçün poemalarını yazarkən beytlər üzərində səylə çalışmışdır.

Dahi şairin əsərlərindəki rəmzi məna kəsb edən və Naxçıvan torpağını işarə edən bəzi fikirləri təhlil edərkən onun fenomen biliyinin, parlaq zəkasının, elmi potensialının zaman və məkanın ağlasığılmaz dərinliyində və yüksəkliyində olduğunu görmək mümkündür.

N. Gəncəvinin yaradıcılığında Naxçıvan torpağını ifadə edən işarə və rəmzi məna kəsb edən ifadələri tədqiqata cəlb edərək yeni tədqiqat mövzusu açmaqla yanaşı elm aləmində üstü örtülü qalmış bir çox məsələlərə aydınlıq gətirmək mümkündür. Belə ki, N.Gəncəvi yaradıcılığında maraq doğuran fikirlərdən biri Nuh peyğəmbərin gəmisi barəolan ifadələrdir.  “Xosrov və Şirin” poemasında “Atabəy əbu Cəfər Şəmsəddin Eldənizin tərifi” başlıqlı məqalətdə deyilir:

                                 “Ondan əta umsa göyün tağları,

                                 Səxasında batar Cudi dağları”

Şairin Naxçıvanda hakimiyyət qurmuş Şəmsəddin Eldənizdən “Səxasında batar Cudi dağları” kimi fikirlə bəhs etməsi maraq doğuran faktlardan biridir.  Şəmsəddin Eldənizin hakimiyyətindən bəhs edən şairin həm də Nuh peyğəmbərin gəmisinin dayandığı Cudi dağından bəhs etməsi, fikrimizcə heç də təsadüfi deyil. Bu dahi şairin Cudi dağından bəhs edərkən əslində Naxçıvan torpağına işarə etdiyini göstərir. Bəhs edilən beytlərin mənasından aydın olur ki, şair burada Naxçıvan dağlarını nəinki Cudi dağlarına bənzədir, hətta bu dağları Cudi dağlarından  səxalı (səxavətli, Nuh barədə olan rəvayəti daha inandırıcı, daha doğru əks etdirən dağlar) hesab edir. Naxçıvan torpağını tədqiqatçılar  Nuh tufanı ilə bağlayırlar. “1996-cı ildə keçirilmiş “Tarixi qaynaqlarda Naxçıvan” beynəlxalq smpoziumda A.Axundov Naxçıvanı Nuh tufanı ilə bağlamış...akademik İ.Həbibbəyli S.Zelinski, K.Nikitin, Y.Pasxalov, V.Devitski kimi tədqiqatçıların əsərlərindən maraqlı məqamlara toxunaraq mənbə və tədqiqatlara istinadən şəhərin Nuh tərəfindən salındığına dair tarixi faktlar göstərmişlər”. N.Gəncəvinin “Xosrov və Şirin” poemasında Naxçıvanı paytaxt elan edərək buradan dövlət qurmuş Atabəy Şəmsəddin Eldənizdən “Cudi dağları” kimi işarə ilə bəhs etməsi Naxçıvan torpağını Nuh peyğəmbərlə bağlantılıtəsvir etməsinin başqa bir ifadəsidir. Bu həm də onu göstərir ki, N.Gəncəvi “Xəmsə”də Naxçıvan torpağından rəmzi mənalı ifadə və işarələrlə bəhs edərək qədim tarixə malik bu torpaq barəsində müəyyən bir fikir formalaşdırmışdır*.

          N.Gəncəvinin “Leyli və Məcnun” poemasında Naxçıvan torpağını ifadə edən və “gəmi” sözü ilə işarə edilən məkanlardan biri də “Şətt çayı”dır.

“Leyli və Məcnun” poemasında deyilir:

                                       “Fələk çərx üstündə tutmuşdu qərar,

                                         Qütbün qələsinə çəkmişdi hasar.

* Naxçıvan torpağından “Nuh yurdu” kimi bəhs edilən rəmzi ifadə və işarələrlə  İ.Nəsiminin də yaradıcılığında qarşılaşırıq.Belə ki, İ.Nəsimi ustadı F.Nəiminin Əlincəqala ətrafında edam edilməsinə dair yazdığı “Uyumaz fəraqından gözüm yaş tökərü qan axıdar” qəzəlində yazır:

                                       “Nuhun gəmisi üstə kim, yetişdi tufan qopmağa,

                                        Seylabi-şövqü şöylə kim, bu çeşmi-giryan axıdar”

Nəsimiqəzəldə F.Nəiminin Naxçıvana gətirilməsinə “Nuhun gəmisi üstə kim yetişdi” sözləri ilə işarə etmişdir ki, biz bu işarəni Əliyül Əlanın “Kürsinamə”sində də görürük. Belə   ki,  Əliyül Əla əsərdə Bakı, Şirvan və Naxçıvan torpağından bəhs edərkən Fəzlullahın “son dayanacağının” Naxçıvan torpağı olmasına “Nuhun gəmisi” sözləri ilə işarə etmişdir: “Bizə Şirvandan nəsib veriləndə bayram və novruz bir-birinə qovuşmuşdu. Xudadan şadlıq ilhamı yetişəndə tarix 809 idi, bayramdan 12 gün keçmişdi. (Xəbəri aldıqdan sonra) Nuhun gəmisini suya saldıq, (bununla da can) evimizi kədər və qəmdən qurtardıq. Yezid, Şümür xislətli, Allah və peyğəmbərlərdən  üzünü çevirmiş o lənətə gəlmiş qazı, Divin oğlu o lənətə gəlmiş əmirlə, o (etiqad)sız ikiüzlü kafirlə (birləşdi). Bütün dinlərdə üzüqara (o əmirin) haqla dostluğu riya imiş”..

Hər ikihürufi nümayəndəsinin F.Nəiminin Naxçıvanda-Əlincəqala ətrafında edam edilməsini “Nuhun gəmisi” kimi rəmzi məna kəsb edən sözlə ifadə etməsionu  göstərir ki, Azərbaycanın yerli əhalisi  Naxçıvan torpağını “Nuh yurdu, Nuhun gəmisinin dayandığı yer” kimi daima xatırlamış, bu torpağı Nuhun adı ilə bağlantılı olduğunu düşünmüşlər.

                                       Fərqəd öz atını çapırdı yenə,

                                      Gəmisi çatmışdı Şətt sahilinə”

Şətt çayının İraqda olması məlumdur. Belə ki, Dəclə və Fərat çaylarının birləşməsindən yaranan Şətt çayının N.Gəncəvi yaradıcılığında “gəmi” sözü ilə ifadə etməsi çox da təəccüb doğurmur. Lakin bu rəmzi məna kəsb edən ifadəni Oğuz dilləri əsasında araşdırarkən “Şətt” adının həmdə başqa bir mənada ifadə edildiyini görürük*. Belə ki, “Şətt”i ifadə edən “iki çayın birləşdiyi” yerin qədim türk dilində “erinc” adlanması və “Erinc//Arınc”adınınƏlincəqalanın qədim adı olan “Erincak”ı ifadə etməsi belə bir fikir yaradır ki, N.Gəncəvi “Şətt” adı ilə Əlincəqalaya işarə etmiş, Əlincəqalanın olduğu Naxçıvan torpağına “gəmi”(Nuhun gəmisi) sözü ilə işarə edərək maraqlı məna çaları yaratmışdır**.

*Digər maraq doğuran faktlardan biri də İ.Nəsiminin özünə “Şətt” adı ilə işarə etməsidir. Belə ki, şair bir qəzəlində yazır:

“Həm mənəm Bağdad ilə Şətt, həm xəlifə, həm zaman,

Həm ənəlhəq söylərəm, həm dar, həm Mənsuruyam.

Fikrimizcə, Nəsimi burada “Bağdad” adı ilə “paytaxt”a, “Şətt” adı ilə də Əlincəqalaya işarə edərək özünü bu məkanla ifadə etmişdir. “Həm ənəlhəq söylərəm, həm dar, həm Mənsuruyam” sözləri isə F.Nəiminin Əlincəqala ətrafında faciəvi edamına işarədir.

“Şətt mövzusu”, fikrimizcə İ.Nəsiminin həyat və yaradıcılığının gizli səhifələrinəxeyli aydınlıq gətirə bilər. Belə ki,F.Nəiminin  Əlincəqala ətrafında faciəvi şəkildə edamı və bu edamın səbəbləri  tarix elmində hələ də dəqiqliklə öyrənilməmiş məsələlərdən biridir.

Əlincənin  “paytaxt” mənasında  ifadə edilməsi “Nəsimi dili”ndə N.Gəncəvinin yaradıcılığına edilən bir işarədir ki, fikrimizcə bu da Atabəylər dönəmində və Əmir Teymurun hücumları zamanı Əlincəqalanın böyük əhəmiyyətə malik olduğunu bildirir.

** “Əlincə” adının mənşəyinə aydınlıq gətirərək akademik İ.Hacıyev məlumat verir ki, “Əslən Ubart türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazır: Sünik 12 əyalətdən ibarətdir. Olardan biri Erincakdır. Burada “Erincak” müasir Əlincəqalanın adıdır. Fikrimizcə, “Erincak”  “er” feilinə -inc şəkilçisi qoşulmaqla yaranan addır.Buradakı –ak şəkilçisi isə Şumer dilindən dilimizə keçmiş –ak müəyyən yiyəlik hal  şəkilçisidir. Dəyişilərək müasir dilimizdə -ın, in, un, ün kimi qalmış –ak şəkilçisinin işlənmə xüsusiyyətindən məlum olur ki, “Erincak” “erinc//arınc” sözündən yaranmışdır. Zamanla –ak şəkilçisində-k samiti düşmüş bu söz “erincə//əlincə” kimi tələffüz edilmiş və yazılmışdır.

“Sevinc” adı kimi “Erinc”də qədim adlardan biridir və “güclü və qüdrətli” mənasını ifadə edir.  “Erinc//arınc” ( “güclü, qüdrətli” və “iki çayın birləşdiyi yer”) mənasında Oğuzcaomonimdir.

“Fərqəd” isə məlum olduğu kimi  Şimal qütbünə yaxın olan iki kiçik və parlaq ulduzdan biridir. Buradamaraq doğuran başqa bir fakt budur ki, Əlincəqalanın şimalında ona olduqca yaxın olan bir dağı yerli əhali Gəncəhan (Gəncə xanı) adlandırır. Fikrimizcə,“Fərqədin öz atını çapması və gəmisinin şimaldanŞəttə yaxınlaşması” N.Gəncəvinin Əlincəqalaya şimaldan-“Şah taxtı” tərəfindən gəlməsini simvolizə edən olduqca gizli, rəmzi mənalı ifadədir.  Bu N.Gəncəvinin atla Əlincəqalaya gəlməsini, burada Atabəylər hökmdarı ilə görüşməsini bildirən, Nizaminin özü barədə bəhs etdiyi  olduqca gizli işarələrindən biridir. Fikrimizcə, Əlincəqalanın ətrafında olan yüzlərlə dağdan yalnız şimalda, yəni Əlincəqalanın “Şah taxtı” tərəfində olan dağa təsadüfən “Gəncəhan” (Gəncə xanı) adı verilməmişdir. Bu onu göstərir ki, Əlincəçay xanəgahında yaşayanvə N.Gəncəvi yaradıcılığının bütün sirlərini biləndərvişlər  “Xəmsə”də olan gizli mənaları diqqətə çatdırmaq və bu işarələri qoruyub saxlamaq üçün bu dağa “Gəncəhan” adını vermiş, yerli əhali isə bu adı  uzun illər nəsildən-nəslə ötürərək saxlamış, beləliklə “Xəmsə”də olan işarələrin izləri itməmişdir.

Araşdırmalar zamanı məlum olur ki, Əlincəqalanın “Ərincək” adının kökə və şəkilçiyə ayrılması xüsusiyyətlərindən  N.Gəncəvi ustalıqlaelə bir “söz caduları” yaratmışdır ki, bu “cadu”lar təsəvvüf əhli şairlərin dilindən düşməmiş, gizli ifadə və işarələr kimi uzun illər Azərbaycan ədəbiyyatında sirri açılmayan “sehirli söz” kimi istifadə olunmuşdur.

           “Sirlər xəzinəsi”ndə deyilir:

                                   Tazə söz caduları, oyunlar göstərən mən,

                                    Yeni heykəl yaratdım yeni qəlibli sözdən

Fikrimizcə, şairin yaratdığı “yeni heykəl”lərdən bir də Əlincəqalanı ifadə edən “Ərni dağı” adıdır ki, bu dağ adını ifadə edən mənalar uzun illər şairlər tərəfindən birmənalı qarşılanmamış, “Ərni” adı ilə N.Gəncəvi yaradıcılığına maraq doğuran işarələr edilmişdir.

 “Sirlər xəzinəsi”ndə deyilir:

                              “Musa çatdımı kama, camdakı şadlığına,

                               Əlindəki şüşəni çirpdı Ərni dağına.

                               Məsiha bu qidaya tamah salmadı bəli,

                               Çünki xalqın önündə ləkəliydi, ləkəli.

Qeyd etmək lazımdır ki, N.Gəncəvi orta  əsrlərin saray dili olan fars dilində yazmağa məcbur olsada, doğma xalqının danışdığı türk dilinə sayqı duyan, bu mənada öz soy-kökünə bağlı bir şəxsiyyət olmuşdur. Linqivustik araşdırmadan məlum olur ki, o Oğuz dillərinə məxsus metateza hadisəsindən istifadə edərək Qurani Kərimdə Musa peyğəmbərlə bağlı “Əraf” surəsində qeyd olunan bir rəvayəti Ərincək (Əlincə) qalasının adına uyğunlaşdırmaq və“ərni” sözünü  Əlincəqalanı və Əlincəçay xanəgahını vəhdətdə göstərmək üçün “Ərni dağı” kimi ifadə etmişdir. Belə ki,  Oğuz dilinə məxsus fonetik yerdəyişmə zamanı şəkilçidən əvvəl gələn iki hərfin güclü tələffüz üçün yer dəyişilməsi, şəkilçinin isə sabit qalması nəticəsində bəzi sözlərdə tarixən dəyişilmələr baş vermişdir ki, (bax: 19) bu da Oğuz dillərinə aid qanunauyğunluqlardan biridir. Fikrimizcə, N.Gəncəvi “Ərincək” adında –in hissəsini –ni kimi yazmış, -cək şəkilçisini isə “ixtisar etmiş”, yeni dağ adı yaratmışdır.

N.Gəncəvi hakimiyyət məkanı olan Ərincək (Əlincə) dağını “Ərni dağı” adı ilə ifadə edərkən“söz cadu”larından istifadə edərək fikir yayındıran şair Əlincəqalanın  əsas əlamətlərini müxtəlif işarələrlə “başa salmışdır”*.      

Belə ki, “Musanın    fironla    mübarizəsini ” “əlindəki

*İ.Nəsiminin bir qəzəlində:

“Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,

Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam”- beyti və bu beytdə “sufi”, “safi”, “kafi”, “şafi” kimi təsəvvüfi məna kəsb edən sözləri “Ərni” ilə birlikdə ifadə etməsi, fikrimizcə şairin N.Gəncəvi yaradıcılığı əsasında Əlincəqalaya və ustadının uyuduğu Əlincəçay xanəgahına (Şeyx Xorasan) bir işarədir.

Şüşəni   Ərni    dağına   çırpması” ilə ifadə edən şair Məsihanın (İsa) bu “qidaya tamah salmamasını”, yəni taxt-taca yiyələnə bilməməsini onun “ləkəli” olması  (atasının   olmaması  yəni nəsil səcərəsinin olmaması) ilə ifadə etmişdir. N.Gəncəvinin “Xəmsə”də “Fərincə” adı ilə bəhs etdiyi sərkərdənin adı da maraq doğuran işarələrdən biridir.

                                           “Sarı kaftan geymiş pəhləvan,

                                           Qılıncda, qədəhdə şöhrətli, şanlı.

                                           Fərincə adında özü alanlı”

“İsgəndərnamə” poemasında alan tayfaları tərəfindən ruslara qarşı döyüşən bu sərkərdənin adını Oğuz dilləri qaydalarına uyğun təhlil etdikdə F+Ərincə adının yarandığını görürük*. Fikrimizcə,  burada “sarı kafdan geymiş” sözü Əlincəqalanın təbii sarı rənginə, “pəhləvan” sözü Əlincə qalanın tarixi əhəmiyyətinə, “Fərincə” adı “Ərincə” adına, “alanlı” isə Əlincənin “Alancik” adına  işarədir.

Əlincə qalanın adı tarixi mənbələrdə həm də “Ərincə” kimi qeyd olunur. Akademik İ.Hacıyev “Ərincə” adına aydınlıq gərirərək qeyd edir ki, “Ümumiyyətlə, Azərbaycan dilçiliyində Əlincə qalanın adı sadəcə yer adı kimi çəkilir. Əslində o türk boylarından biri olub. Həmdullah Qəzvini onun adını Alancık kimi ifadə etmişdir. 1225-ci il hadisələrindən bəhs edən Mirxond Əlincə qalanın adını Əlincək kimi qeyd etmişdir.

Əlincə qalanı ifadə edən adlarından da göründüyü kimi, N.Gəncəvi bu adların mənalarından ustalıqla istifadə edərək Əlincə qalanı işarə edən ad, əlamət və işarələrlə böyük fikirlər ifadə etmişdir.

*Oğuz dilində sözün əvvəlindəki samit səs artımı, yaxud samit səs düşümü “Kitabi-Dədə Qorqud” dastanında aydınlıqla görülməkdədir. Belə ki, “tövlənbaz urub yundları ürkütti” sözündə “urub” sözü müasir dilimizdə “vurub” kimi işlənir ki, burada –v samiti samit səs artımıdır. Yaxud “ürkütmək” həm də “hürkütmək” kimi işlənir ki,- h samiti də göründüyü kimi samit səs artımı kimi dilimizdə bu gün də işlənməkdədir. Bu gün dilimizdə işlənən “igid” sözünün “Kitabi-Dədə Qorqud” dastanında “yigid” kimi işlənməsi isə -y samit səs düşümünü göstərən  faktlardan biridir.

N.Gəncəvinin Atabəylərə ithaf etdiyi “Xosrov və Şirin” poemasında adı çəkilən “daş üstürlab”lar barədə verdiyi məlumat da, fikrimizcə Naxçıvan torpağına, Əlincə qalaya edilən işarələrdən biri ola bilər. Poemada deyilir:

                                         “Biri on arpanı eyləyib mehrab,

                                           Biri iki daşa deyir üstürlab.

                                           Bu iti fırlanan çərx də müxtəsər,

                                           Arpa və daş kimi nəticələnər.

                                           Sən demə rükndən yaranmış insan,

                                           Ulduzdan yaranmış çünki bu ərkan

Əlincəqala bərpa olunarkən burada aşkarlanmış, üzərində səma cismlərini bildirən rəmzi işarəli dairəvi daşlar N.Gəncəvinin bu məlumatı ilə uyğun məna kəsb edir və “Xəmsə”də bu üstürlablardan bəhs edilməsi fikrindən yayınmaq olmur.

Üstürlablar orta əsrlərdə planetlərin, bürclərin yerini təyin etmək, gündüz və gecə saatlarını hesablamaq, müxtəlif şəhərlərin istiqamətini və qiblənin yerini müəyyənləşdirmək üçün istifadə edilən astronomik cihaz    olmuşdur.  Əsasən dəmir, yaxud ağac materialından hazırlanmışdır. N.Gəncəvinin “Xosrov və Şirin” poemasında adı çəkilən üstürlabların daşdan hazırlanması Əlincə qalada bu üstürlablardan hələ daha öncəki yüzilliklərdən istifadə edilməsi fikrini yaradır.

          “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində və Naxçıvan Muxtar Respublikasındakı digər tarix profilli muzeylərdə nümayiş olunan bu daşlar tədqiq olunarsa daş üstürlabların və N.Gəncəvi yaradıcılığında səma cisimlərinin rəmzi mənalarının öyrənilməsində yeni səhifələrin açılmasına səbəb ola bilər.

           N.Gəncəvinin fenomen biliyinin məhsulu olan “Xəmsə” dahi şairin gələcək nəsillərə miras qoyduğu fikir xəzinəsidir. Tədqiqatlardan aydın olur ki, onun fikir xəzinəsinin ən qiymətli gövhərlərindən biri isə Naxçıvan torpağının, Azərbaycan xalqının əyilməzlik rəmzi Əlincə qaladır.

Naxçıvan diyarı və Əlincə qala haqqında “Xəmsə”də yazılanlardan və işarələrdən görünür ki, Nizami Gəncəvi yaşadığı dövrdə Gəncədən Naxçıvan şəhərinə səfər etmişdir. İndiyədək Nizaminin Naxçıvan səfərini təxminən Batabat yaylağında Qızıl Arslanla görüşü ilə əlaqəli şəkildə təqdim etmişlər. Lakin ola bilməz ki, böyük şair Gəncədən Naxçıvana qədərki uzun yolu gəlib, burada dərin ehtiram bəslədiyi hökmdar Qızıl Arslanın sarayını ziyarət etməmiş olsun. Bu, o dövrün saray qaydalarına da uyğun deyildi və yəqin ki, hörmətsizlik əlaməti hesab edilərdi. Nizami Gəncəvi kimi geniş dünyagörüşə və  zəngin həyat təcrübəsinə malik olan, şahlardan və saraylardan epik dastanlar yaratmış böyük sənətkar belə bir yanlışlığa heç vaxt yol verməzdi.

Bizdən əvvəl akademik İsa Həbibbəyli Nizami Gəncəvinin Qızıl Arslanla Batabat ətrafındakı  görüşü zamanı Naxçıvan şəhərinə gəlməsi  və böyük memar Əcəmi ilə görüşməsi haqqında ehtimal irəli sürmüşdür. Nizami Gəncəvinin Əlincə qalasında olmasına dair fikirlər görkəmli sənətkarın Naxçıvan şəhərində olmasına dair ehtimalları daha da qüvvətləndirir. Bütün bunlar isə Nizami Gəncəvinin tərcümeyi-halını daha dəqiq yazmaq üçün əhəmiyyətlidir.

 

Kamal GÜLMALIYEV Kərim oğlu.

 “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru.