Qarabağdan səsi gələn igidlərim var olsun,  

Xankəndinə  gedən yolda Allah sizə yar olsun,

Torpağımı tapdalayan düşmən tar-mar olsun.

Xarı bülbül  tənha  qalıb  həsrətindən solubdur,

Uğur  olsun ey  əsgərim, bu yol Şuşa yoludur!

 

Qubadlıda  izim qalıb, ata yurdum öz  yerim,

Kəlbəcərə sözüm qalıb,  istəmirəm  söz verim,  

İstisuda  gözüm qalıb,   istəyirsən göz verim.

Laçınımın qəlbi qırıq,  gözü yaşla dolubdur,

Uğur  olsun ey  əsgərim, bu yol Şuşa yoludur!

 

Murovdağda  zəfər çaldın yayıldı səs-sorağın,

Füzuliyə yol açıldı mübarəkdir ayağın,

Xudafərin  çox gözləyib Azərbaycan  bayrağın.

Arazımın üzü güldü, ürək sözlə doludur,

Uğur olsun ey əsgərim, bu yol Şuşa yoludur!

 

Yaradandan qüvvət aldın,  O  qoruyur sizləri,

Gəncəmizin göz yaşları yaraladı bizləri,

Xocalıda   al qisası, qoyma  qalsın  izləri.

Vur əsgərim, vuran qolun Şah İsmayıl qoludur,

Uğur olsun ey əsgərim, bu yol Şuşa yoludur !

 

Şəlalə Cabbarova

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi