İstanbulun fəthinin rəmzi hesab edilən Ayasofyanın muzey olaraq fəaliyyət göstərməsinə dair Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən 1934-cü il noyabrın 24-də verilmiş qərar ölkənin Dövlət Şurasının iyulun 10-da qəbul etdiyi yeni qərara əsasən ləğv edilib.

Hazırda tikilinin yerləşdiyi ərazi mühafizəyə alınıb. Ayasofyanın bundan sonra məscid olaraq fəaliyyət göstərəcəyi gözlənilir.

1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Ayasofyada 85 il sonra 2016-cı ildə ilk dəfə azan oxunub. Bu tarixi abidədən bir sonrakı azan səsi isə İstanbulun fəthinin 567-ci il dönümü münasibətilə bu il mayın 29-da eşidilib.

AZƏRTAC