Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Təsviri incəsənət və rəngkarlıq ixtisası tələbələrinə onlayn seminar keçirilib. Seminarı giriş sözü ilə İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov açaraq keçirilən tədbirlərin önəmini qeyd edib. Rəssam-tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tələbələrin suallarını cavablandırıb. Gələcəkdə tələbələrin fərdi sərgilərinin təşkil olunması və Azərbaycanın tanınmış rəssamlarının əsərləri ilə birgə sərgilənməsi, çəkdikləri rəsm əsərlərinin kataloqlarda çap olunması ilə bağlı müzakirələr aparılıb.
Seminarda müəllif və tələbələrin sual­ları cavablandırılıb.

Telli Mustafayeva