Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurd­oğlunun yeni çapdan çıxmış “20+13” kitabının imza günü keçirilib. Müəllifin qələm dostları ilə yanaşı, oxucuların və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi “İmza günü”ndə çıxış edən Yazıçılar Birliyinin sədri Asim Yadigar şair Elxan Yurdoğlunun yeni kitabının özünəməxsus cəhətlərindən və yeniliklərindən danışıb. Qeyd edilib ki, ədəbi məziyyətlərini təhlil edərkən bu kitabı Elxan Yurdoğlu yaradıcılığında növbəti pillə adlandırmaq olar.
Şairin qələm dostlarından Vaqif Məmmədov, Zeyqəm Vüqar, Səhlab Məmmədov, Rahil Tahirli, Sona Yaqublu, Elnur Kəlbizadə, Gülsadə İbrahimli, oxuculardan Hüseyn Əsgərov, Səməd Canbaxşıyev, Röyal Məmiyev, Elnur Rzayev və başqaları çıxış edərək yeni kitabın çapdan çıxması münasibətilə müəllifi təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Xəbərlər şöbəsi