M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaz qastrol səfərləri davam edir. Teatrın kollektivi Kəngərli, Ordubad, Culfa rayonlarında olub, məktəblilər qarşısında Səbuhi Hüseynovun “Seymurun sirli yuxusu” tamaşası ilə çıxış edib. Baş rollarını Ləman Vəliyevanın, Əfsanə Nəsirovanın paylaşdığı tamaşanın əsas mövzusu sağlamlıq ilə bağlıdır. Tamaşada uşaqlara təlqin olunur ki, sağlamlıqlarının qədrini bilsinlər, böyüklərin sözünə qulaq assınlar. Tamaşanın quruluşçu rejissoru Yasəmən Ramazanova, bəstəkarı Əli Məmmədov, rəssamı Murad Babayevdir. Yaradıcı heyətin birgə işi balaca teatrsevərlər tərəfindən sevilir və maraqla qarşılanır.

Xəbərlər şöbəsi