Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə muxtar respublikada silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu bu günlərdə Şahbuz rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında konsert proqramı ilə çıxış edib.
“İnam” musiqi qrupunun ifa etdiyi musiqi nömrələri Vətən qarşısında müqəddəs borclarını yerinə yetirən zabit və əsgərlərimiz tərəfindən alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi