Aprelin 29-da Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İmtahan respublikanın 10 şəhər və rayonunda təşkil olunub. İmtahanda 12 min 818 şagird iştirak edib. İmtahanların təşkil edilməsi üçün, ümumilikdə, 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi-müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi cəlb edilib. İmtahanlarda 54 fiziki məhdudiyyətli şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, görmə qabiliyyəti olmayanlar üçün fərdi nəzarətçilər təyin edilib.

Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanlarda, ümumilikdə, 2870 şagird iştirak edib. İmtahanın keçirilməsi üçün 242 zal ayrılıb, 35 imtahan rəhbəri, 14 ümumi rəhbər, 291 nəzarətçi cəlb olunub. İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib. Zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahanın nəticələri yaxın günlərdə elan ediləcək.

 Güntac ŞAHMƏMMƏDLİ