Naxçıvan Müəllimlər İnstitutunda “Aşıq Ələsgər – 200” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli sərəncamı ilə bu il görkəmli söz ustadının yubileyi ölkə­mizdə, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən muxtar respublikamızda geniş qeyd olunması görkəmli söz ustadının ədəbi irsinə yüksək qiymətdir.

Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Yusif Səfərov “Aşıq Ələsgərin Naxçıvan səfəri”, dosent Fəxriyyə Cəfərova “Aşıq Ələsgər yaradıcılığının dil və üslub xüsusiyyətləri”, Afət Həsənova “Aşıq Ələsgər – haqqa qovuşan sənətkar” mövzularında çıxış ediblər.
Tədbir ədəbi-bədii hissə ilə yekunlaşıb.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə
əlaqələr xidməti