Ümumtəhsil məktəblərinin komandaları arasında “Xəmsə” milli intellektual oyunu üzrə Naxçıvan şəhər mərhələsi keçirilib.
Məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarışda 8 komanda mübarizə aparıb.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birinciliyin yekun nəticəsinə əsasən 5 nömrəli tam orta məktəbin “Gəmiqaya” komandası (4300 xal) qalib adını qazanıb və may ayında keçirilməsi nəzərdə tutulan muxtar respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcək. 17 nömrəli tam orta məktəbin “Nəqşicahan” komandası (3950 xal) ikinci, 8 nömrəli tam orta məktəbin “Zirvə” komandası (500 xal) üçüncü olub.
Qalib komandalara diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti