Gənclərin iştirakı ilə “Axtar tap” intellekt yarışması Naxçıvan şəhərindəki Sahil Parkında keçirilib.
İştirakçılar komanda şəklində mübarizə aparıblar. Onlar oyunun qaydaları haqqında məlumatlandırıldıqdan sonra mübarizəyə start verilib. Reqlamentə uyğun olaraq oyun 7 raunddan ibarət olub. Raundların hər birində komandalara ümumi sual ünvanlanıb və doğru cavaba uyğun şəkildə tapşırıqlar icra olunub. İştirakçılar eyni anda mübarizəyə başlayıb. Raundlar üzrə ardıcıl və müvəffəqiyyətlə irəliləyən, qarşıya qoyulan vəzifəni ən tez icra edən komandalar mükafatçılar sırasına düşüblər.

Yekun nəticəyə əsasən “Yaşma” komandası oyunu qələbə ilə bitirərək “Axtar tap” kubokuna layiq görülüb. “Simurq” və “Dəmir yumruq” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunun mükafatçıları fəxri fərman və oxunması zəruri olan kitablarla təltif ediliblər.

 Ceyhun MƏMMƏDOV