“Naxçıvan” Universitetində “Ali məktəbdə müəllim-tələbə münasibətlərinin pedaqoji-psixoloji məsələləri” mövzusunda keçirilən elmi konfransda universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək bildirib ki, müasir təhsil sistemi, müasir dövrün təhsil standartları tərəflər arasında daha sıx əlaqə, innovativ imkanlardan səmərəli istifadə ilə yanaşı, təhsilə müasir yanaşma da tələb edir.

Pedaqogika və psixologiya kafedrasının dosenti Lalə Allahverdiyeva “Ünsiyyətin tələbə şəxsiyyətinin formalaşmasına təsiri”, kafedranın müdiri, baş müəllim Aytən Məmmədova “Müəllim-tələbə münasibəti probleminə müasir baxış”, baş müəllim Nübar Səfərli “Müəllim-tələbə münasibətləri pedaqoji prosesin səmərəliliyinin əsas şərti kimi” mövzularında məruzə ediblər. Məruzələrdə vurğulanıb ki, qarşılıqlı ünsiyyət prosesində müəllim tələbələrə fərdi yanaşma nümayiş etdirməli, tələbənin psixologiyasına uyğun şəkildə fərdi yanaşma sərgiləməlidir. Müasir təhsil sistemində müəllim-tələbə münasibətlərinin düzgün qurulması pedaqoji prosesin mühüm tələbi, keyfiyyətli təhsilin başlıca şərtidir.
Elmi konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Naxçıvan” Universitetinin mətbuat xidməti