Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına start verilib. 156 vakant vəzifə çıxarılan müsabiqəyə ən çox Şərur rayonu (41), Ordubad rayonu (39) və Şahbuz rayonu (26) üzrə vakant vəzifə təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün 262 namizəd sənəd təqdim edib ki, ən çox müsabiqə vəziyyəti Tarix (49), İbtidai sinif müəllimliyi (45), İngilis dili (38) və Coğrafiya (24) ixtisasları üzrə qeydiyyata alınıb.
28 dekabr 2020-ci il tarixdə başlayan test imtahanlarında hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir.
Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.
Test imtahanları 11 yanvar 2021-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət
İmtahan Mərkəzinin mətbuat xidməti