Dünən muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün sınaq imtahanı keçirilib. Sınaq imtahanı buraxılış imtahanı formatında təşkil edilib.
İmtahanda IX siniflər üçün Azərbaycan dili fənni üzrə 2 mətn – hər mətndən 5 qapalı, 5 açıq test tapşırıqları, xarici dil üzrə 1 dinləmə mətni və 1 yazılı mətn olmaqla, 15 test tapşırığı, riyaziyyat fənni üzrə isə 10 açıq test tapşırığı verilib.

X və XI siniflərdə isə şagirdlərə Azərbaycan dili, xarici dil fənlərinin hər biri 30 sual, riyaziyyat fənni üzrə isə 25 sual təqdim olunub. Sualları cavablandırmaq üçün məktəblilərə 3 saat vaxt verilib.
Sınaq imtahanı IX siniflər üçün I mərhələ buraxılış imtahanının formatında olduğu üçün maksimum 90 bal, X və XI siniflər üçün isə buraxılış imtahanının formatında maksimum 300 bal təşkil edir. İmtahanın nəticələri 1 həftə ərzində elan olunacaqdır.

Ülviyyə Hacıyeva