Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Qeyd edək ki, oktyabrın 24-də IX-XI siniflər üzrə məktəblilərin muxtar respublika fənn olimpiadasının I – şəhər və rayon mərhələsi keçirilib. Həmin şagirdlərdən 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilib. Olimpiadada Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən 139, Heydər Əliyev adına Hərbi Liseydən 14, Naxçıvan şəhərindən 115, Şərur rayonundan 82, Ordubad rayonundan 72, Şahbuz rayonundan 46, Babək rayonundan 41, Culfa rayonundan 52, Kəngərli rayonundan 37, Sədərək rayonundan isə 13 olmaqla, ümumilikdə, 611 şagird iştirak edib.
Hər sinif üzrə fənlərdən I, II və III yerin qalibləri təltif olunacaqlar.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti