AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı sərgi açılıb.

Bölmənin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, sərgidə “Qarabağ düyünü”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycanın Qarabağ bölgəsinin tarixi”, ”Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “Qondarma erməni soyqırımı və tarixi həqiqətlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində”, “Qarabağnamələr”, “Dağlıq Qarabağın tarixindən sənədlər”, “Qarabağ dosyası” və digər bu qəbildən olan kitabların elektron versiyaları yer alıb.

AMEA-nın Naxçıvan Bölməsinin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün cəbhədə tarix yazan Azərbaycan Ordusunun əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri böyük uğurlara sevinir, fəxarət hissi keçirir. Bütün xalqımız kimi, naxçıvanlı alimlərimiz də dövlətimizin başçısının apardığı qətiyyətli siyasəti dəstəkləyir, dövlətimizin, ordumuzun və xalqımızın “Qarabağ Azərbaycandır!” şüarı ətrafında nümayiş etdirdiyi sarsılmaz birliyə açılan virtual sərgidə dəstəklərini ifadə edirlər.

Qeyd edək ki, ziyarətçilər virtual sərgi ilə buradan tanış ola bilərlər.