Dünən “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən  amerikalı yazıçı Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilib. Müzakirə “Naxçıvan”  Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecindən, ümumilikdə, 16 tələbənin iştirakı ilə baş tutub.  Kitab haqqında geniş müzakirə aparılıb, tələbələrin bir-birindən maraqlı fikir və mülahizələri dinlənilib.

Sonda müzakirədə fəallıq göstərən tələbələr “Naxçıvan” Universitetinin diplomları ilə təltif edilib.

Məhərrəm HƏSƏNOV 

“Naxçıvan” Universitetinin  tələbəsi