Bölmənin mətbuat xidmətindən bildirilib ki, muzey ziyarəti zamanı əməkdaşlar Azərbaycan rəssamlıq sənətində öz dəsti-xətti olan rəssamın nəsil foto-albomu, istifadə etdiyi şəxsi və məişət əşyaları, o cümlədən müxtəlif illərdə işıq üzü görən rəssam haqqında yazılan  kitab və monoqrafiyalar, albom-kataloq və digər eksponatlarla yaxından tanış olublar.

Bildirilib ki, hazırda muzeydə  mühafizə olunan 1300 eksponatdan  61-i orijinal əsərlərdir. 

 

Qeyd edək ki,  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, estetik zövqünün formalaşmasında böyük rol oynayan mədəniyyət müəssisəsində realist sənətkarın yaradıcılığını hərtərəfli təbliğ etmək üçün tez-tez müxtəlif və rəngarəng tədbirlər həyata keçirilir.