Bu gün Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri də işğaldan azad olunub.

 Təhsil Nazirliyi Cəbrayıl rayonunun təhsil statistikasını təqdim edir.

1992-1993-cü tədris ilində Cəbrayıl rayonunda 72 məktəb fəaliyyət göstərib. Bu məktəblərdə 11 min 20 şagird təhsil alıb, 1582 müəllim dərs deyib.

2020-2021-ci tədris ilində isə rayonda 41 məktəb fəaliyyət göstərir, 9 min 45 şagird var, 1055 müəllim işləyir.