Azərbaycan Respublikasında Təhsil sisteminin əsas məqsədi ölkədə intelektli insan gücünü yetişdirmək və vətəndaşına vətənpərvərlik tərbiyəsi verməkdir. Bunu həyata keçirə bilmək üçün  hər bir təhsil sistemi yetişdirəcəyi insan modelini, sahib olduğu təlim tərbiyə fəlsəfəsini, metodlarını bu məqsədə görə düzənləyir. Təhsilin məqsədi insanları, yaşadığı cəmiyyəti və onun bağlı olduğu müasir dövrün tələb etdiyi bilik və bacarıqları təmin etməkdir. Müəllimlər təhsil sisteminin ən əsas üzvləridir. 5 oktyabr Müəllimlər gününün beynəlxalq səviyyədə qeyd olunması bütün millətlər və dövlətlər arasında müəllim peşəsinin böyük hörmət və nüfuza malik olduğunu sübut edir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini, uşaqları öz ümidini gələcəyini məhz müəllimə etibar edir. Müəllim təlim tərbiyə aparan, şəxsiyyət formlaşdırmaqdan məsuliyyət daşıyan, etibar edilən insandır. Ölkənin gələcəyinin memarı müəllimlərdir. Mühəndisi, həkimi, hüquqşunası, polisi, əsgəri, hərbçini qisacası, cəmiyyətə xidmət edən insan gücünü yetişdirən müəllimlərdir. Bir ölkənin dirçəlməsində, intelektli insan gücünün yetişdirilməsində, mədəniyyət və dəyərlərin gənc nəsilə çatdırılmasında müəllimlər başlıca rol oynayır. Müəllim insan memarı, şəxsiyyəti formalaşdıran sənətkardır.  Ana Vətən sözünü yazmağı öyrədən, Vətəni anamız qədər bizə sevdirən, onun yolunda lazım olarsa can verməyin şərəf olduğun öyrədən insandır. Müəllim hər şeydən əvvəl açıqsözlü, səmimi, bilik və bacarıqları qiymətləndirən tərəfsiz olan insandır. Əslində ən sevilən müəllim elə öyrətməyi ən çox sevən müəllimdir. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: Azərbaycan müəllimləri layiqli müəllimlərdir. O, deyirdi hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Hər birimizin bütün ömrü boyu xatirəsini hörmətlə, minnətdarlıqla xatırladığı müəllimi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, müdrikliklə və səbrlə, vicdanla işləməyi bizə öyrətmişdir. Əgər belə olmasaydı Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi olardımı? Umummili lider müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar vermişdir. Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı  İlham Əliyev də milli təhsilin inkişafına, hər zaman xüsusi qayğı göstərmişdir. Təhsildə əsas sima, nüfuzlu şəxs olan müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirir. Hər il ölkədə ən yaxşı müəllim, ən yaxşı ümumtəhsil məktəbi nominasiyaları üzrə müsabiqə keçirilir, fəxri adlar verilir. Naxçıvanda da bu siyasətə həmişə sadiq qalaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Cənab Vasif Talıbov müəllimlərə hər zaman hörmət və qayğı ilə yanaşmış, işində fərqlənən müəllimlərə fəxri adlar vermiş, ümumilikdə təhsilin infrastrukturunun yaxşılaşdırılmasına çalışmışdır.

           Nəsirəddin Tusi deyirdi: “hər sənətin  şərəfi onun məqsədində, hər varlığın isbatı onun zatındakı şərəfindədir. Deməli bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət sənətlərin ən şərəflisi olmalıdır”.

Maarifçi Həsən bəy Zərdabi isə deyirdi; Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır.

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Müəllim zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən elmi üstun olan, qəlbiylə insanlara yaxınlaşan örnək, insanlara elm öyrətmək, həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran  şəxsdir. Onun örnəyi elə onun həyatıdır.  Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısıdır. Müxtəlif dövrlərdə minlərlə müəllim əməyinin məqsədi milləti cəhalətdən qurtarmaq idi və elmin, texnikanın gücü ilə texnika əsrinə gəlib çatmşdır. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Cəmiyyətə savadlı, elmli,bilikli gənclər ordusunun yetişdirən müəllim, onu həm də şəxsiyyət və vətənpərvər vətəndaş olaraq cəmiyyətə hazırlayır. Bu gün sivil ölkələrin sırasında  Azərbaycan nüfuzlu dövlət kimidir və dölətlərin güclü silahı olan elmi də inkişafdadır. Naxçıvan Dövlət Universitetinin müəlimləri hər zaman yeniliklərə açıq olmuş, işlərində nailiyyətlərə imza ataraq, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışmışlar. 

           Xalqının milli təfəkkürü müəllim adını hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm etdirir. Qürur duy Azərbaycan müəllimi! Əlindən qələm tutub “Ana Vətən” yazmağı,Vətəni canından çox sevməyi öyrətdiyin, tarixini, kimliyini unutturmadığın oğulların bu gün cəbhədə tarix yazır. Üçrəngli şanlı bayrağını Vətənin hər qarış torpağına sancır, yağı düşmənə qan uddurur, millətinə Qələbə sevincini yaşadır.

Naxçıvan Dövlət Universiteti

İngilis dili və metodika kafedrasının müəllimi

İsmayıllı Türkan