Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı sentyabrın 9-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavrlar bu gün saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.