Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən – II” intellektual bilik yarışı keçirilib.
Bilik yarışı gənclərin hazırlıq səviyyəsinin artırılması, cəld və analitik düşünmə bacarığının inkişaf etdirilməsi, intellektual yarışlarda iştirak səriştələrini və gənclərin müasir dünyagörüşünü, habelə gənclər arasında yoldaşlıq münasibətləri və komanda ruhunu formalaşdırmaq məqsədi daşıyır. Yarışa nazirliyin Gənclər Birliyinin “Qrifindor”, Şərur Rayon Gənclər Birliyinin “Arpaçay” və “Oğlanqala”, Babək Rayon Gənclər Birliyinin “Ulduzlar”, Ordubad Rayon Gənclər Birliyinin “Dübəndi”, Culfa Rayon Gənclər Birliyinin “Darıdağ” və “Əlincə”, Kəngərli Rayon Gənclər Birliyinin “Herodot” və Şahbuz Rayon Gənclər Birliyinin “Xudafərin” komandaları olmaqla, cəmi 9 komanda qatılıb. “Triada”, “Esse” və “Elimination” turlarından ibarət olan yarışın sonunda “Oğlanqala” I, “Əlincə” II, “Dübəndi” isə III yerin qalibi olub. Qalib komandalar diplomlarla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti