AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” monoqrafiyasının onlayn təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq son dövrlərdə “Yeni Dünya Nizamı” və onun mahiyyəti ilə bağlı məsələlərin geniş müzakirə olduğunu söyləyib. Bildirib ki, ictimaiyyətə təqdim olunan nəşrdə tədqiqat predmeti kimi seçilmiş mövzunun araşdırılması, müasir dünyamızda baş verən hadisələrin, problemlərin və geosiyasi oyunların anatomiyası verilib. Kitabda “Yeni Dünya Nizamı”, onun mahiyyəti, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları siyasətin məqsədi və bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yeri və sair məsələlər təhlil edilib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Yusif Hüseynov, universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov, Politoloq, siyasi ekspert Nurlan Qələndərli və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək fundamental nəşrin müasir dövr üçün aktuallığından bəhs ediblər.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və
informasiya şöbəsi