Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib.

DİM-dən  bildirilib ki, qəbul proqramlarını tam əhatə edən mühazirələrdə təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları da yer alıb.

Digər fənlərə aid videomühazirələr də yaxın vaxtlarda DİM-in "YouTube" kanalına yerləşdiriləcək.