Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Əlizadə Nicat Məmməd oğlu - Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi, təhsil sahəsi üzrə
Hümbətova Nazlı Ramin qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, şahmat üzrə

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 12 iyul 2021-ci il