Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 mart tarixli Sərəncamları ilə xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup hərbi qulluqçuları təltif edilmişlər. Təltif edilənlər arasında Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da hərbi qulluqçuları vardır:

 
Tağıyev Arzuman Nadir oğlu – kapitan
Qurbanov Elçin Yaşar oğlu – baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.