Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarına fəxri adların verilməsi və Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fərqlənən qadınlarda vardır.

Prezidentin Sərəncamı ilə Firudinbəyova Əfruz Şükür qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə, Quliyeva Ülkər Hüseyn qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təltif ediliblər.