Cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların ictimai asayişin qorunmasında istirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi məqsədilə 02.05.2016-cı il tarixdən 04.06.2016-cı il tarixədək həftənin 1-ci və 6-cı günləri (bayram günləri istisna olmaqla) saat 1000-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 180 sm-dən yuxarı, yaşı 20-dən az və 24-dən çox olmayan, özü və yaxın qohumları məhkum edilməmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının
Daxili İşlər Nazirliyi