Müsabiqə üzrə əsas istiqamətlər

Şəhər mühitinin abadlaşdırılması üzrə:
1. Müasir yüngül konstruksiyalı, ənənəvi memarlıq üslubları əsasında dayanacaq və pavilyonların model dizaynı.
2. Yeni forma və müxtəlif üslublarda işıq dirəkləri və digər işıqlandırma avadanlıqlarının model dizaynı.
3. Yol kənarı təmizlik qutularının model dizaynı.

Landşaft memarlığı üzrə:
1. Park-bağ skamyaları və avadanlıqlarının model dizaynı.
2. Üzlük və döşəmə daşlarının müxtəlif ornamentlərlə kompozisiya eskizləri.
Müsabiqənin şərtləri və keçirilmə qaydaları
1. Müsabiqə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və müstəqil iştirakçılar arasında keçiriləcəkdir.
2. Müsabiqədə iştirak etmək üçün iştirakçılar 17 mart 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət etməlidirlər.
3. Eskizlər minimum A4 formatında layihələndirilməlidir. Eskizlər sərbəst texnika və müxtəlif qrafik proqramlarda işlənə bilər, eskiz saylarına məhdudiyyət qoyulmur.
4. Eskizlər müsabiqə mövzusunu bilavasitə əhatə etməlidir.
5. Eskizlər müsabiqəyə həm də elektron variantda təqdim olunmalıdır.
6. Müsabiqə zamanı iştirakçılar münsiflər heyətinə eskizlər haqqında ətraflı məlumat verməlidirlər.

Müraciətlər eskizlərlə birlikdə 17.02.2016-17.03.2016 tarixləri arasında Naxçıvan Muxtar
Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsində qəbul olunacaqdır.
Müsabiqənin nəticələri 29 mart 2016-cı il tarixdə, saat 1500-də elan ediləcəkdir.