Naxçıvan Dövlət Universiteti 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası ilə əlaqədar aşağıdakı məlumatı qiyabi təhsil alan tələbələrin nəzərinə çatdırır:
1. Universitetin qiyabi şöbəsinin bütün ixtisaslarında (əlavə ali təhsil də daxil olmaqla) 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası 5 yanvar 2016-cı il tarixdən başlayır və müvafiq olaraq 15-20 iş günü davam edəcəkdir.
2. Bütün tələbələrin sessiyada iştirakı zəruridir.

REKTORLUQ